Bank Respublika pərakəndə bankçılıq xidmətləri üzrə mükafat qazandı!

Bank Respublika pərakəndə bankçılıq xidmətləri üzrə mükafat qazandı!
Martın 11-də Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı "Navigator Business Award” mükafatının qaliblərinin adını açıqlayıb. Qeyd edək ki, mükafat Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən 26 mindən çox şirkəti əhatə edib.
 
"Pərakəndə bankçılıq xidmətləri üzrə İlin Bankı” nominasiyasında qalib - Bank Respublika seçilib.
 
Bank bu mükafata, keçirlən araşdırmanın nəticələrinə əsasən, il ərzində müştərilərə təqdim edilən ən müasir və keyfiyyətli bank xidmətlərinə görə layiq görülüb.
 
"Ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müasir texnologiyaları tətbiq etməklə müştərilərinə daim müasir və keyfiyyətli xidmətlər göstərməyə çalışır. Müştəriləri və tərəfdaşlarının istəklərinə önəm verən bir Bank olaraq, aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, - deyə, bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...