Cəmİyyət

“Bank of Baku” və “Azərbaycan müəllimi” qəzetindən Cümhuriyyətin 100 illiyinə özəl inşa müsabiqəsi!

“Bank of Baku” və “Azərbaycan müəllimi” qəzetindən Cümhuriyyətin 100 illiyinə özəl inşa müsabiqəsi!
"Bank of Baku”, "Təhsil Nazirliyi” və "Azərbaycan müəllimi” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə özəl olaraq müəllimlər üçün inşa müsabiqəsinə start verir. 

Sfera.az bildirir ki, "Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda keçirilən müsabiqənin əsas məqsədi, Azərbaycan təhsilinin Cümhuriyyət dövrü mərhələsini işıqlandırmaqdır. 

Müsabiqədə ölkə ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində çalışan hər bir müəllim iştirak edə bilər. Pedaqoq, alim və Cümhuriyyət dövrü tədqiqatçılarından ibarət münsiflər heyətinin iştirak edəcəyi müsabiqəyə hər iştirakçı sadəcə bir yazı təqdim edə bilər. 

Təqdim olunan inşaların sonunda zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə), müsabiqə üçün hazırlandığı qeyd edilməlidir. Yazının həcmi 8-10 min işarədən ibarət olmalıdır.

Qaliblər "Bank of Baku”, "Təhsil Nazirliyi” və "Azərbaycan müəllimi” qəzeti tərəfindən diplom və pul mükafatı ilə mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 20.05.2018-ci il tarixinə kimi inşalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku 

AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031