Bağlanacağı deyilən Samsung Azərbaycan-dan AÇIQLAMA

Bağlanacağı deyilən Samsung Azərbaycan-dan AÇIQLAMA

"Samsung Electronics Central Eurasia şirkətinin Azərbaycanda nümayəndəliyini bağlaması" barədə bəzi KİV-də yayılmış məlumatlara cavab olaraq, Samsung Electronics-in Azərbaycan Respublikasında nümayəndəliyi xəbər verir ki, şirkətin Azərbaycan Respublikası ərazisində hal-hazırkı marketinq və əməliyyat fəaliyyəti "Samsung Electronics Caucasus Company" MMC tərəfindən icra olunur və onun nəzarəti altındadır.

Milli.Az bildirir ki, Samsung şirkəti Azərbaycan bazarında öz fəaliyyətini dayandırmağı planlaşdırmır.


OXŞAR XƏBƏRLƏR