Krİmİnal

Balakəndə pul üstündə mübahisə ölümlə qurtardı

Balakəndə pul üstündə mübahisə ölümlə qurtardı

Balakən rayonunda qətl hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb.

Kənd sakinləri, 25 yaşlı Elvin Balayev və Zaur Layıcov arasında mübahisə düşüb. Daha sonra mübahisə davaya çevrilib və Zaur Layıcov üzərində olan bıçaqla Elvin Balayevə ağır xəsarət yetirib.

 

Elvin Balayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisəni törətməkdə şübhəli sayılan Z.Layıcov polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə pul üstündə baş verib.

Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanılıb. (oxu.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031