“Baku Bus”dan ödənişli layihə - Sürücülərin nəzərinə

“Baku Bus”dan ödənişli layihə - Sürücülərin nəzərinə
"Baku Bus” MMC 25-40 yaş arası "D” kateqoriyalı və ictimai nəqliyyatın idarə edilməsində minimum 3 illik əmək stajı olan sürücülərin hazırlığı üzrə idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ödənişli proqram layihəsini təqdim edir.
"Qafqazinfo" xəbər verir ki, cəmi 10 gün davam edəcək təlimin sonunda " BakıBus " MMC-yə məxsus avtobuslarda xidmətə tam hazır olmaq artıq sürücülərin öz əlindədir.
Avstriyada təlim keçən yüksək peşəkar mütəxəssislərimiz bu işdə sürücülərin bələdçisi olacaqlar.
Test&Training Azerbaijan – Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu Kurslar sürücülərə sürücülük peşəkarlığını artırmaq imkanı verir.
Məşgələlər "Yol hərəkəti qaydaları", "Nəzəri dərslər", "Praktiki məşğələlər", "Təhlükəsiz idarəetmə məşqləri” , "Psixoloji dərslər və ilk tibbi yardım, Təhlükəsiz qaydaları", "Şəhərdə sürmə Testi və baş vermiş qəzaların analizi "olmaqla 7 məşğələ mövzusunu əhatə etməklə 10 gün nəzərdə tutulub .
"Baku Bus " MMC-də sürücü olmağa gedən yolda yaşıl işığı özünüz yandırın.Yerlərimiz mahduddur.
Biz təlimlər üçün sürücülərə ən uyğun dərs qrafikini təklif edirik. Dərslər 12 nəfərlik qrup şəklində, işıqlı otaqlarda, təlim mərkəzində və müasir metodika ilə tədris olunacaq.
Təlimdən uğurla keçən sürücülər 4 ay müddətində "BakıBus” MMC-də işlə təmin olunacaqlar!
//tta.az/ saytına daxil olub qeydiyyatdan keçə bilərsiniz.
Əlavə məlumat üçün əlaqə nömrələrimiz: 077250 0046 (48) 

OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...