Bakirəliyini satan azərbaycanlı qızla bağlı yeni təfərrüatlar - VİDEO

Bakirəliyini satan azərbaycanlı qızla bağlı yeni təfərrüatlar -  VİDEO

Öz bakirəliyini satan azərbaycanlı tələbənin hekayəsinin yeni təfərrüatları məlum olub.

Anspress-in məlumatına görə, qız 3-cü mərtəbənin pəncərəsindən döşək ağları vasitəsi ilə qaçmaq istəyərkən bir anda gücdən düşərək yıxılıb. Hadisə şahidlər vasitəsi ilə kameranın yaddaşına həkk olunub.

Cinayətkar Mixail Dnistryan insan oğurluğu və zorlaması faktı üzrə saxlanılıb. Proses zamanı o qızı öz yaşadığı ölkəyə dəvət etdiyini, ona gəliş bileti aldığını, qarşıladığını və eyni zamanda yaşayış yeri ilə təmin etdiyini bildirib.

Hazırda qız xəstəxanaya yerləşdirilib. Həkimlərin qızın bədənində çoxsaylı sınıq xəsarəti olduğunu deyib. Qız öz adını və eyni zamanda üzünü gizlətmək məcburiyyətindədir.

Tələbə qızın adı məlum olarsa və eyni zamanda, üzü görünərsə, yaxınlarının onu tanıyacağını və varlanmaq ideyasını dəstəkləməyəclərini anlayıb. Belə ki, qız öz bakirəliyinin müqabilində Mixail Dnistryandan 14 min dollar tələb edib.

Zərərçən tələbə qız Azərbaycandan Rusiyaya köçüb. Qız bakirəliyi ilə vidalaşmadan öncə yazılı şəkildə müqavilənin şərtlərini razılaşdırmağı təkilf edib. Müstəntiq Denis Yefimıçev bildirib ki, qız Dnistryanın həmin məbləği ödəyə bilməyindən əmin olmaq üçün bankdan çıxarışı, hesabda kifayət qədər pul vasitələrinin mövcud olub-olmaması haqqında sənəd istəyib. Qızın bu hərəkətinə cavab olaraq şübhəli səhəri gün banka birgə gedəcəklərini və ona çıxarış verəcəyini deyib. 

Xəfiyyələrin araşdırmaları nəticəsində müəyyən olub ki, Dnistryan kağızları dəyişdirib və nəticədə 5 milyon rubl borc qəbzini imzalatdırıb. Şübhəli bildirib ki, o fahişəlik xidməti göstərərək bu məbləği ödəyən bilər. 

Tələbə qız heç kəsə intim xidmət göstərmək niyyətində olmadığını bildirib. Bu zaman hirslənən Dnistryan qızın əlindən sənədlərini alaraq onu döyüb. Zərərçəkən iki gün bağlı qapılar arxasında qalıb. Bundan sonra ona qaçmaq üçün fürsət düşüb. Bu hadisənin şahidi olan insanlar polis çağırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə axtarış zamanı çoxlu dəlil aşkar ediblər. Mənzildə axtarış zamanı qayışlar və bıçaq tapılıb.

Polis tibbi rəyin verilməsini gözləyir, həkimlər qızın səhhətinə dəyən zərəri qiymətləndirməlidirlər. 

Sfera.az

фото


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...