Bakıdan Naxçıvana yalnız bu şəxslər uça bilər

Bakıdan Naxçıvana yalnız bu şəxslər uça bilər

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli olduqları Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını çatdırıb.

Şirkətdən bildirilib ki, Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında daimi yaşayan sərnişinlər uça bilər;-"AZAL" aviaşirkətinin müntəzəm reysləri həftədə bir dəfə, cümə axşamları yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilib;

- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcək. Yalnız adlarına aviabilet əldə edən sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır;

- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az);

Aviaşirkətə məxsus satış ofislərindən əldə olunan aviabiletlər yalnız həftənin cümə axşamları günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;

- "AZAL" aviaşirkətinin rəsmi saytından əldə olunan aviabiletlərin geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı suallarınız üçün [email protected] elektron poçt vasitəsilə dəstək xidmətinə müraciət edə bilərsiniz;

Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:

- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilmişdir.

- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri qadağandır;

- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək qadağandır;

- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilir.

"AZAL" aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...