Bakıdakı \"Stimul Hospital\"da BİABIRÇILIQ — Müayinə olunmaq istəyən xəstəni....

Bakıdakı \
Bakıda fəaliyyət göstərən "Stimul Hospital"da xoşagəlməz hadisə baş verib. 

Demokrat.az xəbər verir ki, qarın nahiyyəsində və mədəsində ağrılardan şikayətçi olan Məhbubə Təhməzova adlı vətəndaş müayinə olunmaq üçün sözügedən tibb müəssisəsinə müraciət edib. Bu zaman özünü "Stimul Hospital"ın şübə müdiri kimi təqdim edən, ad və soyadını söyləməyən xanım əməkdaş xəstə ilə çox kobud şəkildə rəftar edərək, onu acılayıb. Daha sonra isə həmin xanım əməkdaşın göstərişi ilə xəstə və onun yaxınları məcburi şəkildə "Stimul Hospital"ın binasıdan çıxarılıblar. 

Məhbubə Təhməzova göstərilən kobud rəftara görə sözügedən klinikadan şikayətçi olduğunu bildirib:

"Bizə qarşı edilən kobuduq rəftarla əlaqədar Baş həkimə şikayət etmək istədim. Ancaq həmin şəxslər məni və yaxınlarımı klinika rəhbərliyi ilə görüşməyə imkan vermədilər. Bizi zorla binadan çıxartdılar". 

O, "Stimul Hospital"da üzləşdiyi xoşagəlməz hallarla əlaqədar Səhiyyə Nazirliyinə şikayət edəcəyini söyləyib. 
 

 
Xatırladaq ki, paytaxtın Sabunçu rayonunda yerləşən "Stimul Hospital”da bu cür xoşagəlməz halların baş verməsi birinci hal deyil. Ötən il sözügedən klinikada xəstə əməliyyat masasında vəfat etmişdi. 

Belə ki, həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılmışdı, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilmişdi.

Plastik cərrah Elçin Zodan da açıqlamasında məlumatı təsdiqləmişdi.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...