Hadİsə

Bakıda zibil maşınının avtobusa çırpıldığı qəza anı - VİDEO

Bakıda zibil maşınının avtobusa çırpıldığı qəza anı - VİDEO
 

Aprelin 27-də Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. 

Sfera.az Avtosfer.az xəbər verir ki, hadisə zamanı yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. 

Hadisə nəticəsində 24 sərnişin xəsarət alıb. Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranıb. 

Göründüyü kimi, avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaldır, ya da zolağı dəyişib hərəkətini davam etdirir. 

Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.


XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031