Cəmİyyət

"Bakıda zəlzələ olanda qaçarkən 3 nəfərin başına daş düşmüşdü" - Güclü zəlzələyə hazırıqmı?

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Zaqatalada zəlzələnin baş verməsi bir şəxsin ayağının sınması, digərinin isə stessdən dünyasını dəyişməsinə səbəb oldu. Sosial şəbəkələrdə bu mövzu çox müzakirə olundu və baş verən çaxnaşma insanların zəlzələyə hazır olmaması ilə əlaqələndirildi. 

Sfera.az-a bu barədə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli isə bu fikirlə razı deyil: 
 
 
"İnsan küçədə gedəndə maşın sürətlə gəlir və qorxub yıxılır. Bu o demək deyil ki, avtomobil sürücülərinin hazırlıq səviyyəsi yoxdu, qanunauyğunsuzluq var. Zəlzələ olanda yəqin ki, şəxs stress keçirib və bu hadisə baş verib. Zəlzələyə hazırlıqla əlaqədar Seysmoloji  Mərkəzimizdə ayrıca qrup var. Onlar mütəmadi olaraq məktəb, idarə və təşkilatlarda tədbirlər keçirərək zəlzələ zamanı davranış qaydalarını aşılayırlar. Bundan əlavə mediada da mütəxəssislərimiz tərəfindən məlumatlar yayımlanır. Lakin televiziyada bu imkanlarımız azdır, hər zaman yer verilmir. Ayrıca qruplarımız var ki, tez-tez rayonlara gedib tədbirlər keçirirlər. Son bir-iki ildə bu sahədə ciddi tədbirlər görülür. Bakının bir çox məktəblərində, o zaman tikintilərdə təlimatlar aparılır. İş yerləri çoxdur. İş yerlərində bu təlimatları aparmaq olar? Bu təlimatları məktəbdə aparmağımızın əsas səbəbi odur ki, məktəbli öyrəndiyini evdə deyəcək".

T.Məmmədli bildirib ki, təşkilatlardan müraciət daxil olduqda təlimlər aparılır, geniş məruzələr verilir. Əhalinin hazırlıq vəziyyəti ilə əlaqədar olaraq isə bunları deyib: 
 
"Mən nə bilim əhali hazırdır, ya yox? 2000-ci ildə Bakıda zəlzələ olanda qaçarkən 3 nəfərin başına daş düşmüşdü. Bu o deməkdir ki, hazır deyil? Biz demirik ki, hazırıq. Lakin uzun illərdir ki, bu sahədə mütəmadi işlər görürük".

Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ