Bakıda yalnız bu mənzillər ucuzlaşacaq - 1-2 otaqlı evlər isə...

Bakıda yalnız bu mənzillər ucuzlaşacaq - 1-2 otaqlı evlər isə...
Dövlət Statistika Komitəsinin bu gün açıqladığı məlumata görə, ötən ayda yanvar ayı ilə müqayisədə qeyri-ərzaq malları, o cümlədən də inşaat materiallarının qiymətində azalma müşahidə olunub. Qiymətlərin aşağı düşməsi mənzil bazarında ucuzlaşmaya səbəb ola bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sfera.az-a açıqlamasında artıq bəzi mənzillərdə qiymətlərin aşağı düşdüyünü deyib: 

"Yanvarla müqayisədə fevralda tikinti bazarında az da olsa, ucuzlaşmanın olması normaldır. Bu ucuzlaşma mövsümi xarakter daşıyır. Çünki qış aylarında vətəndaşlar tərəfindən təmir-tikinti işləri aparılmır. Tələbat azaldığı üçün qiymətlərdə az da olsa, enmə müşahidə edilib. Lakin qiymətlərin aşağı düşməsi tikinti bazarına dərhal təsir edə bilməz. Ucuzlaşma növbəti aylarda da davam edərsə, o zaman biz mənzil bazarında qiymətlərin aşağı düşməsini yay aylarında müşahidə edə biləcəyik. İndiki zamanda isə hələlik biz bu təsiri görə bilmərik. Çünki burada qısa zaman kəsiyindən söhbət gedir”.
 
N.Cəfərlinin sözlərinə görə hazırda bahalı mənzil bazarında ucuzlaşma var:
 
"Son 3-4 ildə bahalı mənzil bazarında kifayət qədər ucuzlaşma var. Devalvasiyadan öncəki illərdə Azərbaycanın lüks mənzil bazarında qiymətlər hətta inkişaf etmiş ölkələrdəkindən də yüksək idi. Artıq bu bazarda qiymətlər nizamlanıb. Lakin 1-2 otaqlı mənzillərdə ciddi qiymət azalması müşahidə edilməyib”.
 
İqtisadçının sözlərinə görə bu bazarda qiymətlərin azalmamasının əsas səbəblərindən biri də sosial mənzillərlə bağlıdır:

"Hazırda 1-2 otaqlı mənzil bazarına tələbat var. Bakının əhalisi digər şəhərlərlə müqayisədə durmadan artır. İş axtarmaq məqsədi ilə regionlardan Bakıya axınlar hələ də davam edir. Bu səbəbdən də 1-2 otaqlı mənzil bazarında ciddi dəyişiklik yoxdur. Yaxın zamanlarda bu cür mənzil bazarında qiymətlərin enəcəyini də proqnozlaşdıra bilmərik. Çünki sosial mənzil layihəsi artıq öz işinə start verib. Tələbat yüksəlsə, əksinə bu cür 1-2 otaqlı mənzil bazarında qiymətlərin daha da artmasını müşahidə edəcəyik. Lakin lüks mənzilllərdə bundan sonra da qiymətin aşağı düşməsi gözləniləndir”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...