Bakıda telefon şousu: yol polisi kimdən qorxdu? - VİDEO

Bakıda telefon şousu: yol polisi kimdən qorxdu? -  VİDEO

Sürücülərə aid qadağalarla yanaşı, yol polisinin də qadağaları var. Sürücülərə tətbiq olunan yasaqlara polis nəzarət etdiyi halda, yol polisinin pozduğu qanunları kimin izlədiyindən cəmiyyət xəbərsizdir. Məhz buna görə jurnalistlər ara-sıra onların səhvlərini ictimai müzakirəyə çıxarırlar.

Belə hallardan biri dünən İstiqlaliyyət küçəsində baş verib. Sfera.az xəbər verir ki, qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib. Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir. Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.

Həmin mənzərəni əvvəldən-axıradək mobil telefonla çəkmişik. Ümid edirik ki, yol polisi işıqlandırdığımız məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq.(milli.az )

Sfera.az

Читать полностью: //news.day.az/society/604050.html

OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...