Bakıda taksi ilə ən çox gedilən yerlər - TOP-10
19:17 / 15.04.2019
2446
"Maxim” xidmətinin mütəxəssisləri 2019-cu il üçün statistikanı təhlil edib paytaxt sakinlərinin və şəhərin qonaqlarının ən çox hara taksi sifariş etdiklərini müəyyən ediblər.
Sfera.az Qaynarinfo-ya istinadla xəbər verir ki, təhlilə görə, Bakı xəritəsində ən populyar yer beynəlxalq avtovağzal olub. Səfərlərin ümumi sayının 1,2%-i məhz ora edilib.
İkinci yerdə metrodur - "20 Yanvar” metro stansiyası. Marşrutların 0,9%-də rast gəlinir.
"Gənclik Mall” ticarət mərkəzi üçüncü yeri tutur, ora edilən səfərlərin payı 0,7% təşkil edir.
"28 Mall” ticarət mərkəzinə gedənlərin sayı isə biraz az olub (0,6%).
Reytinqin beşinci pilləsini hava limanı (0,5%) tutur.
Ən populyar yerlərin onluğuna həmçinin "Əcəmi”, "Həzi Aslanov” və "Əhmədli” metrostansiyaları, "Yeganə Şadlıq Sarayı” və "Oazis” restoranları da daxil olub.