Bakıda “Shacman” körpüyə çırpıldı
11:14 / 21.06.2019
2658
Bu gün saat 04:05 radələrində Bakı-Qazax yolunun 18-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən məlumatda bildirilir.
Məlumata əsasən, arxadan gələn "Opel” markalı avtomobil "Shacman” markalı yük maşınına dəydikdən sonra sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını körpünün dayaqlarından birinə çırpılıb.
Xəsarət alan yoxdur.