Bakıda səfirlik avtomobili qəzaya uğradı
17:27 / 04.03.2019
3533
Bakıda Küveyt səfirliyinə məxsus olan avtomobil qəzaya düşüb.
Yasamal rayon İzmir küçəsində Küveyt səfirliyinə məxsus olan "Toyota” markalı, 043D014 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxt sakini Nicat Hacıbalayevin sürdüyü "Mercedes” toqquşub.
Hadisə nəticəsində ciddə xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə zərər dəyib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.