Bakıda sakinləri qorxuya salan oğlanın görüntüsü yayıldı - VİDEO

Bakıda sakinləri qorxuya salan oğlanın görüntüsü yayıldı -  VİDEO
Bakıda cavan oğlan qadınları qorxuya salıb.
 
Pərvin adlı xanım whatsApp sosial şəbəkəsində başına gələn təhlükəli anı paylaşıb. O bildirib ki, qırmızı gödəkçəli oğlan mənzillərin qapısını döyərək onlara yaxınları tərəfindən gül buketi göndərildiyini deyərək qapını açmağı tələb edib. Lakin o, qapını açmayıb və binanın mühafizəçisini çağırıb. Həmin şəxs dərhal aşağı düşərək qaçıb. Həmin oğlan qaçarkən əlində gül yox, içərisində görünüşcə ağır olduğu təsiri bağışlayan torba olub.
 
Xanım iddia edir ki, həmin torbadakı onu öldürmək üçün əşya olub.
 
Pərvin xanım insanları ehtiyatlı olmağa, tanımadıqları adama qapı açmamağa çağırıb.
 
Evlərə gül gətirən gənc oğlan barədə başqa bir xanım isə ''facebook'' profilində yazıb ki, qapısını əlində gül olan oğlan döyüb. Qapını açarkən qonşusu da öz iti ilə səsə çıxıb. Özünü itirən həmin şəxs qaçıb. Qeyd edilir ki, həmin oğlan bir neçə gün əvvəl Bakıda dayə olan bir mənzilə soxulub və dayəyə xəsarət yetirərək evdən oğurluq edib.
 
Bu gün əlində gül dəstəsi olan həmin şəxsin başqa bir qapının zəngini basdığını, açılmadıqda isə liftə girərək geri döndüyünü əks etdirən videogörüntü yayılıb. //milli.az
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...