Bakıda qəbiristanlıqda dava: 3 nəfər hücum çəkdi

Bakıda qəbiristanlıqda dava: 3 nəfər hücum çəkdi

Bakı sakini döyülüb.

Sfera.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbiristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, pulunun olmadığını dediksə isə döyüb mobil telefonunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)


OXŞAR XƏBƏRLƏR