Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir? - Ölən şəxsin adı məlum oldu

Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir? - Ölən şəxsin adı məlum oldu

Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sfera.az publikaya istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlu idarə etdiyi "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Mərdəkan istiqamətində hərəkət edən ya gedən yolda 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu şirkətlərdən birində sürücü işləyir və avtomobil ona məxsus deyil.

*****

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Pirallahıya gedən yolda "Porsche” markalı minik avtomobil yolu keçən qadını vurub.

Zərbənin gücündən xeyli kənara düşən 40-45 yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR