Bakıda məcburi köçkünlərin yataqxanası yandı

Bakıda məcburi köçkünlərin yataqxanası yandı
Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR