Bakıda külək səbəbilə voleybol yarışı təxirə düşdü

Bakıda külək səbəbilə voleybol yarışı təxirə düşdü
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında keçirilməli olan III dövrənin IX turunun oyunları təxirə salınıb.

Sfera.az xəbər verir ki, buna Bakıda hava şəraitinin kəskin dəyişməsi və güclü külək səbəb olub. Oyunların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, bu gün saat 15:00-da Super Liqanın IX turunun "Lokomotiv” – AVF və 17:00. "Abşeron” - "Azərreyl” qarşılaşması planlaşdırılırdı.

OXŞAR XƏBƏRLƏR