Bakıda intihar etmək istəyən gənc belə xilas edildi – VİDEO
09:36 / 27.05.2019
3237
Ötən gün axşam saatlarında Bakıda bir nəfər intihara cəhd edib.
Gənclə aparılan psixoloji söhbətlərdən sonra Kamil İbrahim oğlu Talıbov xilas edilib.
Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, gənc oğlan özünü Səbail rayonunda yerləşən binalardan birinin eyvanından atmaq istəyib.
Əraziyə Bakı şəhər Təcili Tibbi yardım Stansiyasının həkimləri, polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
İntihara cəhd hadisəsinin səbəbləri araşdırılır.
Sfera.az