Bakıda ən bahalı 10 maşın – Siyahı

Bakıda ən bahalı 10 maşın – Siyahı

Azərbaycanın avtomobil bazarında ən bahalı maşın dəyişməz olaraq qalır. 

Axar.az-ın hazırladığı siyahıda “Lamborcini” hələ də liderliyi əldən verməyib. Bu maşının qiyməti fantastik məbləğə - 1,5 milyon dollaradır.

Ölkəmizə gətirilən “Ferrari”lər 2013 modeldir və hər birinin qiyməti minimum 450 min avrodur. Bəzilərininki isə daha bahadır - 600 min avronu keçir. 

“Mersedes S 65 AMG” markalı avtomobili 411 min dollar ödəməklə əldə etmək mümkündür. “Mersedes GL 63 AMG” də geri qalmır, nə az, nə çox - 380 min dollara təklif olunur.

“Bentli Mulsani” nisbətən daha ucuzdur, 375 min dollarla bu brend markanın sükanı arxasına keçmək olar. “Rolls-Roys Fantom”u isə 325 min dollardan başlayır.

“Kadillas Esklad” və “Mersedes S 500” markalı maşınların qiyməti oxşardır – 285 min dollar.

Satışa çıxarılan “Mersedes-Maybək S-Klass 500” markalı avtomobil sürmək istəyənlər 315.500 dollarından keçməlidir.

Bahalı maşınlar sırasında “Lənd Rover - Rənc Rover” maşınları da yer alır. Bu model 280 min dollardan ucuz deyil.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...