Bakıda dəhşət saçan yol – Burada 2 gündə 5 gənc oğlan öldü

Bakıda dəhşət saçan yol – Burada 2 gündə 5 gənc oğlan öldü
Bakı şəhər Qala-Pirallahı yolunda daha bir ağır qəza baş verib.

Dünən həmin yolda "VAZ 21099” markalı avtomobil 25 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, dekabrın 2-nə keçən gecə həmin yolda – "Zirə Bio Market”in qarşısında "Chevrolet Aveo” markalı avtomobil yük maşınına çırpılmış, nəticədə 4 gənc oğlan vəfat etmişdi.


Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
///Publika.az
 

OXŞAR XƏBƏRLƏR