Cəmİyyət

Bakıda bu yaşayış yerləri plana düşdü - ÜNVANLAR

Bakıda bu yaşayış yerləri plana düşdü - ÜNVANLAR
Bakının daha bir rayonunda yaşayış üçün yararsız olan qəzalı binalar söküləcək.

Sfera.az bildirir ki, bu barədə baku.ws-ə Yasamal rayonu İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, pilot layihə çərçivəsində Yasamal rayonunda Qırmızı Şərq küçəsində yerləşən az mərtəbəli və yaşayış üçün yararsız olan tikililərin sökülməsi barədə qərar qəbul olunub.

Adı çəkilən küçədə olan 101, 102, 103, 104 saylı qəzalı binalarda yaşayan sakinlər köçürüləcək və söküntü işlərinə başlanılacaq.

Lakin hələlik pilot layihəni həyata keçirəcək şirkət müəyyən edilmədiyindən köçürülmə və söküntü işlərinin nə vaxt başlayacağı dəqiq bilinmir.

Şirkət müəyyən edildikdən sonra sakinlərlə əldə olunan razılıq nəticəsində kompensaisya ödəniləcək.

AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31