Bakıda bu film söyüşə görə yayımdan qaldırıldı - FOTO/VİDEO

Bakıda bu film söyüşə görə yayımdan qaldırıldı - FOTO/VİDEO
Fevralın 21-də premyerası baş tutan "Güləhməd” filmi kinoteatrlarda yayımdan qaldırılıb.
 
Sfera.az bildirir ki, xalq artisti Arif Quliyev, Əjdər Zeynalov, Natiq Fərzəliyev, aktyor Rəşad Vahidzadə, aktrisa Firəngiz Orucovanın rol aldığı komediya janrında çəkilən filmin afişalardan yığışdırılması barədə baş prodüser Vüqar Cavadov göstəriş verib. 

Cəmi bir gün tamaşaçı qarşısına çıxan ekran işində qeyri-etik ifadələr işlədilib, söyüşlərdən istifadə olunub. Baş prodüser bu səbəbdən belə addım atıb. O, xəbərçi.az-a açıqlama verərək filmin rejissoru Metin Yüceli ittiham edib:

"Metin Yücelin bu işini sıfır səviyyəsində qiymətləndirirəm və filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filinin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının filmdəki səhnələrini artırmaqla filmi bu günə qoydu.  Bir sözlə hər şeydən bezdik, zərər etsək belə xalqımıza bu cür filmə baxmağı layiq bilmədik”.

 Layihənin yayımını həyata keçirən "Park Cinema”da baş prodüserin istəyi ilə belə addım atdıqlarını bildiriblər:

"Biz baş prodüserin istəyi ilə filmi yayımdan qaldırmışıq. Ekran işində həm vulqar ifadələrdən çox istifadə olunmuşdu, həm də texniki problemlər çox idi". 
 


 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...