Bakıda bir neçə həftə əvvəl təmir edilən yolda yenidən çatlar əmələ gəldi

Bakıda bir neçə həftə əvvəl təmir edilən yolda yenidən çatlar əmələ gəldi
 
Paytaxtın Səbail rayonu ərazisi: ''Bibiheybət'' məscidindən üzü şəhər istiqamətinə gedən yolda çatlar əmələ gəlib, bəzi hissələrdə isə çökmələr olub.

Bir neçə həftə bundan əvvəl ərazinin asfalt qatı dəyişdirilsə də, yolda yenidən çatlar yaranıb.

Sürücülər bu yolda sürətlə hərəkət etdiyindən asfalt örtüyündə yaranan geniş çatlar görünmür. Bəziləri isə çökmənin olduğu yerə çatanda sərt əyləc sistemindən istifadə edirlər ki, bu da hər an yol nəqliyyat hadisəsinin baş vermə ehtimalını artırır. Ərazidə çəkiliş apardığımız zaman yolun kənarında tikilən hasarlarda da çatların əmələ gəldiyinin şahidi olduq. Bundan başqa, Bakı-Dairəvi yolunun hər iki hissəsində də müxtəlif yerlərdə asfalt örtüyündə xırda çökmələr müşahidə edilir.

Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Bibiheybət məscidinin yaxınlığında olan yol tektonik ərazidə yerləşdiyindən tez-tez bu cür problemlər ortaya çıxır. Həm bu, həm də Bakı-Dairəvi yolunda yaranan problemin aradan qaldırılması üçün qurumun əməkdaşları əraziyə cəlb olunacaq.

Bu arada, paytaxtın Nobel prospektində Bakı Nəqliyyat Agentliyinin layihəsinə uyğun olaraq 2 yerdə geriyə dönmək üçün işıqforlar quraşdırlıb.

Qurumdan bildirildi ki, işıqforlar yaxın günlərdə işlək vəziyyətə gətiriləcək və sürücülər ''Nargilə dariəsi'' adlanan əraziyə daxil olmadan geriyə dönərək üzü şəhər istiqamətinə gedə biləcəklər. Bununla da ''Nargilə dairəsi'' yaxınlığında tıxacın qarşısı müəyyən qədər alınmış olacaq.Xezerxeber


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...