Cəmİyyət

Bakıda bədbəxt hadisə - “Azəristiliktəchizat”ın əməkdaşı iş başında öldü

Bakıda bədbəxt hadisə - “Azəristiliktəchizat”ın əməkdaşı iş başında öldü
"Azəristiliktəchizat” ASC-nin çilingəri Ramiz Cəbiyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Hadisə ötən gün Yasamal rayonu 8 saylı istilik sistemlərinin istismar qazanxanasında baş verib. Belə ki, həmin qazanxanada navalçaları təmizləyən zaman səbət qırılıb və çilingər yerə yıxılaraq vəfat edib.

Hadisə yerinə Yasamal rayon prokurorluğunun və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Hazırda fakt üzrə araşdırma aparılır./Qafqazinfo/

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031