Hadİsə

Bakıda "AZZA"ya silahlı basqın edildi, kassa oğurlandı - SON DƏQİQƏ

Bakıda
Bakıda şirniyyat dükanına basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.

Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.

Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031