Bakıda 8 bina təcili söküləcək

Bakıda 8 bina təcili söküləcək

Bakının Bayıl qəsəbəsində bir sıra yaşayış binaları söküləcək.

Sfera.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən Azeri.Today-ə bildiriblər.

Hazırda Qurban Abbasov 27 ünvanında yerləşən yaşayış binaları tamamilə sökülüb.

"Hazırda 8 binanın söküntüsünə hazırlaşırıq. Xanlar küçəsi 51, 16, 85, 57, 59; Q.Abbasov küçəsi 58, 62, 62A ünvanlarındakı binalar söküləcək", - deyə İH-dən bildirilib.

Hazırda məznil sahiblərinin 2 il müddətinə kirayə mənzillərə köçürülməsi ilə bağlı danışıqlar gedir: "Sökülən binaların yerində çoxmərtəbəli yaşayış binaları tikiləcək. Həmin binalardan mənzili sökülənlərə yeni evlər veriləcək".


OXŞAR XƏBƏRLƏR