Bakıda 219 yaşayış binası söküləcək

Bakıda 219 yaşayış binası söküləcək

Nərimanov rayonunda qəzalı vəziyyətdə olan 219 yaşayış binası sökülərək, yenidən qurulacaq.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayon üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması planlaşdırılıb və artıq qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahıya alınaraq, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşası işləri davam etdirilir.

Eyni zamanda, rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarına uyğun olaraq, hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələrinin binaları inşa edəcək şirkətlərin istifadəsinə verilib.

Sərəncama əsasən, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işləri artıq başa çatdırılıb və tikinti işlərinə başlanılıb. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakinlərin köçürülməsi işləri davam etdirilib.

Nəticədə, orada yaşayan sakinlər əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacaq, tikintinin aparıldığı müddətdə isə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcək.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...