Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Qeyri-sabit hava şəraiti Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında yolun qarla örtülməsi magistralda avtomobillərin hərəkətinə mane olub. Yolun bəzi hissələri buz bağlayıb. Qarın yağması yolun 150-ci kilometrliyində - Ağsu dolaylarında avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Hadisə yerinə Ağsu və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yolda avtomobillərin hərəkətinin bərpası üçün təmizləmə işləri aparılır.


OXŞAR XƏBƏRLƏR