Bakı-Qazax yolunda ağır qəza: 2 nəfər öldü - FOTO

Bakı-Qazax yolunda ağır qəza: 2 nəfər öldü - FOTO
Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonunun Şıxlar kəndindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, yolun kənarında dayanmış, içərisi sərnişinlə dolu olan "Azsamand" markalı minik maşınını arxadan "KamAZ" vurub.

Hadisə nəticəsində minik maşınında olan 2 nəfər - 1 kişi və 1 qadın hadisə yerində dünyasını dəyişib. Ağır xəsarətlər alan daha bir qadın sərnişin isə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
 


OXŞAR XƏBƏRLƏR