Hadİsə

Bakı metrosunda təşviş: Qatarlar boşaldıldı - SƏBƏB/AÇIQLAMA

Bakı metrosunda təşviş: Qatarlar boşaldıldı - SƏBƏB/AÇIQLAMA
Bu gün səhər saatlarında metro stansiyasında həyəcan yaşanıb.

Metronun "Elmlər Akademiyası” stansiyasında sərnişinlərə qatardan enmələri tapşırılıb. Sərnişinlərin növbəti qatara da minmələrinə icazə verilməyib.

Sfera.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Bir neçə saat əvvəl "Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazlıq aşkar edib. Sərnişinlər düşürülüb və  qatar boş yola salınıb. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı da sərnişinsiz yoxlanılmalı olduğuna görə boş gedib. Bu da sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına rəvac verib. Heç bir təhlükəli məqam yaşanmayıb”.
 

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031