Bakı metrosunda nə baş verdi? (YENİLƏNİB)

Bakı metrosunda nə baş verdi? (YENİLƏNİB)
 Səhər saat 9 radələrində "Həzi Aslanov” stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranmışdı. Qatar özü hərəkət edə bilmədiyindən başqa qatara qoşub xətdən çıxartdıq. Bu müddət ərzində gecikmə oldu və qatarların qrafiki pozuldu.

Bu sözləri axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün səhər saatlarında metroda maşinistin qatarı geriyə sürməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib. N.Paşayev bildirib ki, yaranmış problemlə əlaqədar başqa stansiyalarda sərnişinlər çox gözləməsin deyə, əlavə tədbirlər də görülüb:

"Əhmədli” stansiyasından 3 qatar, "Neftçilər” stansiyasından da 1 qatarı təkrar "28 May” stansiyası istiqamətinə göndərmişik”.

 

***

12.16

Bu gün səhər saatlarında "Əhmədli” metrostansiyasında həyəcanlı anlar yaşanıb. Belə ki, maşinist ikinci yolda qatarı bir neçə dəfə geriyə hərəkət etdirib. Bu isə sərnişinlərin ciddi həyəcanına, sonradan isə narazılığına səbəb olub. 

Cebhe.info əməkdaşının verdiyi məlumata görə, qəribə vəziyyət qatarın qarafikini səhv salması səbəbindən baş verib.

Bir neçə dəfə geriyə hərəkət edib. Nəticədə sərnişinlərlə maşinist arasında qarşıdurma yaşanıb. Ümumilikdə isə stansiyada 20 dəqiqəlik həyəcanlı anlar yaşanıb. 


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...