Bakı əcnəbilər üçün ən ucuz şəhərlər sırasındadır
21:43 / 22.06.2016
2068
ABŞ-ın "Mercer" konsaltinq şirkəti ənənəvi olaraq dünyanın ən bahalı şəhərlərinin renkinqini tərtib edib.
Sfera.az xəbər verir ki, 22-ci dəfə tərtib olunan renkinqdə 209 iri şəhərin
adı var. Öncədən qeyd edək ki, renkinqin tərtib olunmasında əsas meyar kimi iri
şəhərlərdə əcnəbilərin yaşayış xərcləri götürülüb. Beləliklə, siyahı xarici ölkələrə
işləməyə gələnlər üçün daha aktualdır.
Renkinqə
Honkonq liderlik edir. İkinci yerdə Anqolanın paytaxtı Luanda qərarlaşıb. Sürix
və Sinqapur 3-cü və 4-cü yerləri bölüşdüyü halda, Tokio 11-ci pillədən 5-ə yüksəlib.
İlk
onluğa Kinşasa (Konqo Demokratik Respublikasının paytaxtı), Şanxay, Cenevrə,
Ncamena (Çadın paytaxtı) və Pekin daxil olub.
Bakı
172-ci yerdədir. Renkinqin müəllifləri bildirir ki, 2015-ci illə müqayisədə bu
il Azərbaycanın paytaxtı 100 pillədən çox geriləyib. Belə çıxır ki,
paytaxtımızda mənzillərin kirayə qiyməti həddən artıq enib. Ən ucuz ölkələrin
siyahısına gəlincə, sonuncu yerlərdə Bişkek (207), Keyptaun (208) və Vindhuk
(209) qərarlaşıblar.