Bakı Dövlət Sirkinin acınacaqlı vəziyyəti - VİDEO

Bakı Dövlət Sirkinin acınacaqlı vəziyyəti -  VİDEO

Bakı Dövlət Sirki binasının təmirə ehtiyacı var.

Sfera.az-ın ANS TV-yə istinadən verdiyi məlumata görə, Bakı sirki uşaqların əyləncə məkanı olsa da obyektin təmiri məsələsi illərdir təxirə salınaraq yaddan çıxır. Buna baxmayaraq, mövsümi fəaliyyət göstərən sirk işini dayandırmır, tamaşaçılarını qəbul edir. Hazırda sirkdə Rusiya sirk ustalarının təqdimatında yeni il bayramı ilə əlaqədar proqram hələ də davam edir. Sirkə gələnlərin isə sayının çoxluğu diqqətdən yayınmırdı. Övladlarını sevindirmək istəyənlər məhz sirkə üz tutur. Tamaşanın sonunucu günü olduğundan gələnlərin sayı da çox idi. Sirkin uzun illərdir təmir olunmaması isə bir sıra problemləri ortaya çıxarır.

Sirkin oturacaqları və pilləkənləri bərbad vəziyyətdədir. Bu isə hər an çıxıb düşənlər üçün xoşagəlməz sonluqla nəticələnə bilər. Heç kim isə baş verə biləcək bədbəxt hadisələrdən sığortalanmayıb.

Bakı Dövlət Sirkinin rəhbəri Mahir Hümbətov bildirib ki, sirkin təmir olunması ilə bağlı müvafiq qurumlara müraciət olunub. Həmçinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev özü də bu binanın təmirə ehtiyac olduğunu deyib. Bunun üçün bina artıq nəzarətə götürülüb və müəyyən təmir işləri də artıq yerinə yetirilib.

Qeyd edək ki, sirk binası XX əsrin sonunda tikilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...