AdRiver

"Azpetrol"da nə Ərdoğan Demirörənin, nə də Fərhad Əliyevin qardaşının səhmləri var - AÇIQLAMA

Türkiyə mediasında Erdoğan Demirörənin Azərbaycanda da yatırımlarının olması, onun "Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan "Azərelektroterm”i aldığı haqda məlumat yayılmışdı. Yerli mediada yayılan məlumatda isə bildirilir ki, böyük ehtimalla burada söhbət "Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir.
 


Bu gün "Azpetrol” şirkəti yayılan bu məlumatla bağlı təkzib verib.

Şirkətdən bildirilib ki, son bir neçə gündə bəzi saytlar "Azpetrol” şirkətinin səhmlərinin Türkiyəli iş adamı, "Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri mərhum Erdoğan Dəmirörən tərəfindən alındığı iddia edilən əsası olmayan məlumatlar yayıblar:

""Azpetrol” şirkəti olaraq bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir və "Azpetrol”un səhmləri mərhum Erdoğan Dəmirörən tərəfindən alınmayıb”.
Sfera.az-a açıqlama verən "Azpetrol”un mətbuat xidmətinin rəhbəri Camal Zeynalov isə şirkətin səhmlərinin bir hissəsinin Fərhad Əliyevin qardaşına məxsus olması ilə bağlı yayılan məlumata münasibət bildirərək bunları deyib:

"Şirkətin Əliyevlərlə heç bir əlaqəsi yoxdur. Yanlış məlumatdır. Səhmlərin kimə məxsus olması haqda isə sizə məlumat verə bilmərik”.

Nigar Məhərrəm
Sfera.az
 

DİGƏR XƏBƏRLƏR


---