“Azneft”: Bu il proqnozdan 3% artıq qaz hasil edilib

“Azneft”: Bu il proqnozdan 3% artıq qaz hasil edilib
Cari ilin yanvar-fevral ayları ərzində Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi üzrə 1 milyon 37,8 min ton neft hasil edilib. Bu ilin iki ayında hasilat planı 1 milyon 34,4 min ton təşkil edib ki, tapşırığa 0,3% artıq əməl olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Azneft” İB-dən bildirilib. 
Məlumata görə, ilin 2 ayı ərzində qaz hasilatı sahəsindəki göstəricilərdə də artım tempi müşahidə olunub. 
Belə ki, 2016-cı ilin müvafiq dövrü ərzində 917,140 milyon kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, bu rəqəm 944,609 milyon kubmetrə bərabər olub. Plan 103% yerinə yetirilib.
"Azneft”dən bildirilib ki, ötən 2 ay ərzində fəaliyyətsiz quyu fondundan 27 quyu istismara qaytarılıb.
Bu quyulardan 629 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3956 ton neft alınıb ki, bu da plandan 3327 ton çoxdur.
Bundan başqa, fevral ayı ərzində İB-nin sifarişi əsasında 9 quyu qazılaraq istismara verilib. 
Qurumdan onu da qeyd ediblər ki, yeni quyuların qazılması nəticəsində 3704 ton neft hasil edilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...