“Azərsu”da müəmmalı istefa

“Azərsu”da müəmmalı istefa
 "Azərsu” ASC-də gözlənilməz kadr dəyişikliyi baş verib. Qurumun vitse-prezidenti Mahir Məmmədov istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlamasında "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, vitse-prezident Mahir Məmmədov ötən həftənin sonu öz istefa ərizəsini rəhbərliyə təqdim edib:

"Vitse-prezident Mahir Məmmədov öz istəyi ilə işdən ayrılıb. Keçən həftənin sonu sədr Qorxmaz Hüseynova istefa ərizəsini təqdim edərək, işdən ayrılmaq istədiyini bildirib. Hansı səbəbdən ayrılmaq istəməsi haqqında dəqiq məlumatımız yoxdur. Yeni təyinatın olacağına gəldikdə isə bu haqda mediaya məlumat veriləcək”.

Məlumat üçün bildirək ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti, sonradan isə nəqliyyat üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...