Cəmİyyət

"Azərişiq" işıqların sönməsinə görə üzr istədi

Xəbər verdiyimiz kimi, ölkənin bir hissəsində işıqlar sönüb.
 
Bununla bağlı "Azərişiq” ASC-dən Sfera.az-a daxil olmuş məlumata görə, "Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli  hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş vermiş və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və Regionlarda Elektrik Enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.
 
"Azərişiq” ASC  öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu,H.Əliyev adına Hava limanı,Su-kanalizasiya,Xəstəxanalar,Dövlət əhəmiyyətli obyektlərin Elektrik Enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməmiş,hazırda  həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.
 
Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC  İstehlakçılarından üzr istəyir.

Sfera.az
AdRiver

XƏBƏR LENTİ