\"Azəriqaz”ın vəzifəli şəxsləri həbs edilib? - RƏSMİ AÇIQLAMA

\
"Azəriqaz"ın baş direktoru Ruslan Əliyev İB-in məsul şəxslərinin həbsi barədə xəbərlərə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, R.Əliyev bu barədə feysbuk səhifəsində yazıb.

"Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə guya SOCAR "Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılır. Əvvəla diqqətinizə çatdırım ki, "Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır. Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, bloger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir”.

 
O, qeyd edib ki, bu da SOCAR "Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür: "Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diktə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şaiyələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...