“Azəri-Çıraq-Günəşli” yatağının böyük şirkətlər üçün cəlbediciliyi azalıb\"

“Azəri-Çıraq-Günəşli” yatağının böyük şirkətlər üçün cəlbediciliyi azalıb\
"Azəri-Çıraq-Günəşli” yatağının böyük şirkətlər üçün cəlbediciliyi artıq azalıb”.
 
Sfera.az-a açıqlamasında bu sözləri "Exxon Mobil”in ardınca "Chevron” kimi nəhəng şirkətin də Azərbaycanda neft hasilatına dair beynəlxalq konsorsiumdan çıxmaq niyyətinə münasibət bildirərkən neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şaban deyib:
 
"Exxon Mobil”, "Chevron” kimi şirkətlər dünya nəhəngi sayılacaq böyük şirkətlərdir. Böyük şirkətlərin də iştirak etdiyi bu və ya digər layihələrdə marjaları olur. Yəni onların layihələrdən götürəcəkləri qazanc göstəriciləri olur. Onlar müəyyən zaman keçəndən sonra öz böyüklüyünə uyğun olaraq əldə etdikləri mənfəətin nəzərdə tutduqları qazanc göstəricisindən aşağı düşməsilə hesab edirlər ki, həmin layihədən gələn mənfəət özlərinin mövcud olduğu miqyasa cavab vermir. Nəticədə layihədə olan paylarını orta səviyyəli şirkətlərə sataraq, həmin prosesi tərk edirlər. Belədə başqa yerlərdə öz səviyyələri, miqyaslarına uyğun gələn yeni layihələr axtarışına çıxırlar. Bunu da ona görə edirlər ki, dünyada hamının qazanc yeri olsun. Bu da onu göstərir ki, "Azəri-Çıraq-Günəşli” yatağının böyük şirkətlər üçün cəlbediciliyi artıq azalıb. "Onu da qeyd edim ki, "Chevron”un da konsorsiumu tərk etməsi fonunda Azərbaycanda həmin prosesdə iştirakını davam etdirən cəmi bir iri şirkət qalır. O da BP-dir”.
 
Qeyd edək ki, "Exxon Mobil”-dən sonra Amerikanın daha bir neft şirkəti "Chevron” Azəri-Çıraq-Günəşli blokundakı neft yataqlarını istismar edən beynəlxalq konsorsiumdakı payını satmağa hazırlaşır. Onlardan əvvəl daha 3 ABŞ şirkəti, sonra Norveçin Statoil şirkəti Azərbaycanı tərk edib.
 
ELÇİN 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...