Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib
Valideyn himayəsindən məhrum uşaqlarda, eləcə də ahıllar və aztəminatlı ailələrdə göz xəstəliklərinin müayinəsinin təşkili və profilaktikasının aparılması məqsədilə 2011-ci ildə "Azercell Telekom” MMC tərəfindən yaradılan "Mobil Göz Klinikası” bu ilin ilk səfərini Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta köçkün məktəbinə edib. Yanvar ayında təşkil olunan səfərdə 38 nəfər uşaq pulsuz göz müayinəsindən keçib. Ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eləcə də eynəklər paylanılıb.

 

Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətinin 8 ili ərzində layihə çərçivəsində "Mobil Göz Klinikası” Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri bölgələrə də üz tutub, müalicəyə ehtiyacı olan şəxslərə yardım ediblər. Təkcə ötən il 33 səfər çərçivəsində 1368 nəfər müayinədən keçib ki, bunun da 975 nəfərini uşaqlar təşkil edib.


 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...