Azərbaycanlı kosmosda yeni dövlət yaradır – FOTO

Azərbaycanlı kosmosda yeni dövlət yaradır – FOTO

Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti İqor Aşurbəyli Parisdə Qərb jurnalistlərinə "Asgardia" adlı yeni layihəni təqdim edib.

Sfera.az azvision.az-a istinadən bildirir ki, İqor Aşurbəylinin rəhbərliyi altında beynəlxalq komanda genişmiqyaslı layihəyə, kosmosda "Asgardia" adlı müstəqil dövlətin yaradılmasına başlayır.

Bu ölkənin ilk "kərpici" isə gələn il kosmosa buraxılması planlaşdırılan peykdir.

Layihənin olduqca demokratik olacağı bildirilir. Gələcək ölkənin ilk sakinləri layihənin saytında qeydiyyatdan keçən 100.000 adam olacaq.

Aşurbəylinin sözlərinə görə, "Asgardia" kosmosda dövlətçiliyin yeni forması ola bilər. Bura yeni millətin yaranacağı ölkəyə çevrilə bilər.

Layihədə iştirak edən alimlər ümid edirlər ki, "Asgardia" bütün bəşəriyyətə xeyir verəcək bir layihə olacaq.

Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. "Almaz-Antey" konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...