Azərbaycanlı iş xanımı Ruhi Əliyeva Türkiyənin kino sahəsində ilkə imza atdı - EKSKLÜZİV

Azərbaycanlı iş xanımı Ruhi Əliyeva Türkiyənin kino sahəsində ilkə imza atdı - EKSKLÜZİV
Azərbaycanlı iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva Türkiyədə yeni layihəyə imza atıb. 

Sfera.az xəbər verir ki, iş həyatında daima uğurlu yeniliklər edən azərbaycanlı xanım, bu dəfə Türkiyənin kino industriyasında fəaliyyətə başlayır.

Hazırda Türkiyədə səfərdə olan Ruhi Əliyeva rəhbəri olduğu "Liatris Holding”in Türkiyədə də filialını açıb. Türkiyədə yenicə fəaliyyətə başlayan "Liatris Yapım” mütəmadi olaraq böyük film çəkilişləri həyata keçirəcək:
"Sözsüz, arzularım və məqsədlərim çoxdur. Azərbaycan adına daima uğurlu işlərə imza atmaq qürurvericidir. Qardaş ölkədə yeni açılan şirkət və uğurlu filmlərə imza atmaq da arzularım sırasında idi. Bu arzumun reallaşması üçün ilk addımı atdıq”.

Ruhi Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan "Liatris Yapım”ın çəkəcəyi Türkiyədəki ilk film də artıq məlumdur. Türkiyənin tanınmış rejissoru Deniz Denizcilerin ekranlaşdıracağı "Ağır romantik" filmə rəhbərliyi məhz Ruhi Əliyeva edəcək. Çəkilişləri may ayında başlayacaq filmin baş rol ifaçılarının kimliyi hələlik sirr olaraq saxlanılır. Filmin aktyor heyətinin adları bu ayın sonunda açıqlanacaq.

Ruhi xanım açıqlamasında bildirib ki, filmin bu ilin sonuna qədər çəkilib, tam hazır olması və dekabr ayında nümayişə girməsi planlaşdırılır. Film təkcə Azərbaycan və Türkiyədə deyil, eləcə də Avropanın bir neçə ölkəsində təqdim ediləcək.

Növbəti ildə isə "Liatris Yapım” tərəfindən Türkiyədə daha bir neçə filmin çəkilişi gözlənilir.
 
News24.az//

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...