Azərbaycanlı iş adamının restoranı partladıldı - ÖZÜ İSƏ YARALANDI

Azərbaycanlı iş adamının restoranı partladıldı - ÖZÜ İSƏ YARALANDI

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

Sfera.az bildirir ki, Donetsk Azərbaycanlıları Konqresindən apa-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

 

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...