“Azərbaycanlı əsirlərin qohumları Xankəndində?” – Ekspert bunu mümkün sayır, amma…

“Azərbaycanlı əsirlərin qohumları Xankəndində?” – Ekspert bunu mümkün sayır, amma…
 

Ermənistan və Azərbaycan xarici işlər Nazirlərinin Moskva görüşü haqda Rusiya mətbuatı maraqlı detallar açıqlayıb.

 

Rusiya mətbuatının yazdığına görə, qarşılıqlı razılaşmaya əsasənhər iki ölkədə saxlanan əsirlərlə görüşmək ümün yaxınlarının səfərlərinə şərait yaradılacaq. Qarşılıqlı səfər və ziyarətlərin ATƏT-in Minsk Qrupunun nəzarəti ilə baş tutuacağı haqda da məlumatlar yayılıb.


Maraqlıdır, bu ziyarətin harada baş tutacağı ilə bağlı təfərrüatlar açıqlanmayıb və bu haqlı olaraq suallar doğurur. Məsələn, yaxınları hazırda erməni tərəfinin girovluğunda olan Azərbaycan vətəndaşları - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə harada görüşə bilər?

 

Politoloq Elxan Şahinoğlu Sfera.az-a açıqlamasında bildirib ki, yaxşı olardı əsirlər "hamının hamıya prinsipi” ilə dəyişdirilsin. Amma Ermənistan tərəfi buna getmir: "Paşinyan deyir ki, Dağlıq Qarabağda saxlanılan iki girovun onlara aidiyyatı yoxdu. İndi də istəyirlər ki, ailələri onlarla görüşsün. Əlbəttə bu mümkündü. Sadəcə mənim üçün təsəvvür etmək çətindir ki, Xankəndində saxlanılan girovların ailəsi həmin əraziyə necə gedəcək.”

 

Elxan Şahinoğlu bildirir ki, Moskva görüşündə münaqişənin həllindən çox başqa detallar müzakirə olunub. Lakin bunlar münaqişənin köklü həllini yaxınlaşdırmır: "Xatırlayırsınızsa, jurnalistlərin qarşılıqlı səfərləri vardı. 1995-2000-ci illərdə onlarla belə səfər baş tutub. Mən özüm həmin səfərlərin bir neçəsində iştirak etmişəm. Amma bu cür dialoqlar münaqişənin həllində zərrə qədər də təsirli olmur. Yenidən eyni siyasətə qayıdırıq, amma bunun faydalı olacağını zənn etmirəm”.

 

 

Rəşad


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...