Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
"Azərbaycan Respublikası Təhsil Nazirliyi və TürkiyəninYÖK (Yükseköğretim Kurumu) arasında  imzalanan qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınmalıdır. YÖK-ün bir il gözlədikdən sonra universitetlərə bu məktubu və ya məlumatı göndərməsi olduqca gecikmiş bir qərardır”

Sfera.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Global Kariyera İnstitunun direktoru Orxan Həsənoğlu deyib. Onun sözlərinə görə, YÖK adlı qurum 8 avqust 2018-ci ildə Türkiyədə fəaliyyət göstərən universitetlərə rəsmi məktub ünvanlayıb:


"Bu məktubun ünvanlanması əslinə YÖK tərəfindən gecikdirildi. Çünki tapşırıq xarakterli məktubda da qeyd olunur ki, 31 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və YÖK arasında imzalananmış qarşılıqlı iş birliyi protokolunda azərbaycanlı tələbələrin Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən universitetlərə qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri nəzərə alınmalıdır. Bu rəsmi məktubda həmçinin iki dəfə DİM-in nəticələrinə xüsusi diqqət yetirilib.

Türkiyə universitetlərinin böyük əksəriyyəti vəqf universitetləridir. Hər nə qədər onların özlərinə məxsus qəbul qaydaları olsa da, yekunda YÖK tərəfindən təsdiq olunmuş qaydaları əsas götürərək tələbə qəbulu hüququna malikdirlər. YÖK-ün bir il gözlədikdən sonra universitetlərə bu məktubu və ya məlumatı göndərməsi olduqca gecikmiş qərardır”.

"Azərbaycanda fəaliyyət göstərən bir neçə xaricdə təhsil şirkəti abituriyentlərin valideynlərini müxtəlif bəhanələr və əsassız sözlərlə aldadaraq külli miqdarda maddi vəsait alıblar”

Orxan Həsənoğlu bildirib ki, 2018-ci ilin avqust və sentyabr aylarında xüsusi ilə azərbaycanlı tələbələrin Türkiyə universitetlərinə müraciəti on minə yaxın olub:

"Azərbaycanda fəaliyyət göstərən bir neçə xaricdə təhsil şirkəti(bunu bütün şirkətlərə şamil etmək olmaz) abituriyentlərin valideynlərini müxtəlif bəhanələr və əsassız sözlərlə aldadaraq külli miqdarda maddi vəsait alıblar. Sentyabrın ilk həftəsində Türkiyə dövlət universitetləri isə kontenjanları dolduğu üçün bu abituriyentlərə qəbul əmri verməyib. Bu il təkcə Karabük şəhərində yerləşən  dövlət universitetinə YÖK qəbul qaydalarının xaricində 150-dən artıq tələbə aparılıb. Xüsusi ilə valideynlərin də övladları ilə bu universitetə getməsi 250 nəfərlik bir qrup formalaşdırıb. Universitetin qəbul əmri üçün müxtəlif bəhanələr gətirməsi və gecikdirməsi Karabük şəhərində böyük söz-söhbətə səbəb olub. Valideynlər övladları ilə birgə universitet qarşısında aksiya keçiriblər. Hadisə Türkiyədə əlavə söz-söhbətə səbəb olmuşdu. Məhz bir çox ali məktəbdə xoşagəlməz halların yaşanması haqda məlumat sahibi olan YÖK bu gecikmiş təlimatı universitetlərə göndərib. Əlbəttə bu, Azərbaycan tərəfin aidiyyatı qurumlarının məsələyə müdaxiləsi ilə baş verib. Məndə olan dəqiq məlumata görə, Karabük Universitetinin rektoru azərbaycanlılar ilə görüş keçirərək "Azərbaycan Səfirliyi icazə verdiyi təqdirdə, sizin hamınızı universitetə qəbul edərəm" kimi açıqlama da verib”.

"Cəmiyyətimiz bu məsələ ilə bağlı ciddi narahatlıq keçirir”

Direktor bu mövzuda Türkiyənin mövqeyinin başadüşülən olduğu qənaətindədir:

"Türkiyə Cümhuriyyəti yüzminlərlə xarici tələbəyə ev sahibliyi etmək istəyir. Burada xüsusi strategiyası və marağı var. Bu gün Türkiyədə yüzminlərlə əcnəbi tələbə dövlət qrantları hesabına ödənişsiz təhsil alır. Onlara təhsil ilə yanaşı yataqxana xərcləri və təqaüd ödənir. Bu dövlətin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə də sadəcə azərbaycanlıların deyil, digər əcnəbi tələbələrin də öz ölkəsinə qayıtdıqdan sonra diplomlarının tanınıb-tanınmayacağına dair öhdəliyi öz üzərində hiss etmir.

Qaldı, Azərbaycan Təhsil Nazirliyinin bu məsələyə olan mövqeyinə, əlbəttə, yaxşı olardı ki, bu barədə xüsusi imtiyazlarını cəmiyyətimizlə açıq bölüşsün. Türkiyədə hazırda təhsil alan 15 mindən artıq tələbəni maraqlandıran bu narahatedici suala aydınlıq gətirsin. Cəmiyyətimiz bununla bağlı ciddi narahatlıq keçirir. Həmçinin, biz də olduqca narahatıq. Türkiyə-Azərbaycan qarşılıqlı təhsil haqqında imzalanmış sənədlərə nəzər salarkən burada cəmiyyətə çatdırılmalı olan ciddi informasiyaların olduğunu bildirmək lazımdır. Çünki tələbələrimizin ən çox üz tuttuğu ölkə qardaş Türkiyə Cümhuriyyətidir”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...