Azərbaycanda yüzdən çox xarici şirkət yaradılıb – SİYAHI

Azərbaycanda yüzdən çox xarici şirkət yaradılıb – SİYAHI

Vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı informasiya bazasının martın 11-ə olan məlumatlarına əsasən,  Azərbaycanda cari ilin əvvəlindən 25 508 sayda vergi ödəyicisi qeydiyyata alınıb. 

Onlardan 23828-i fiziki şəxs, 1680-i hüquqi şəxs, o cümlədən, 114-üxarici investisiyalı müəssisədir. 

Bu barədə Vergilər Nazirliyindən Oxu.Az-a bildirilib. 

"Qeyri-neft sektorunda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin maraq dairəsi də genişlənib.

Onları cəlb edən sənaye, tikinti, nəqliyyat kimi sahələr sırasına turizm, xidmət və ticarət də əlavə olunub”, - deyə nazirlikdən bildirilib. 

Nazirlikdən qeyd edilib ki, biznes sektoruna daxil olan ölkələrin müxtəlifliyidə artıb: 

"Məsələn, yeni qeydiyyata alınmış müəssisələrdən kommersiya fəaliyyəti və idarəetmə sahəsində ixtisaslaşan "Sparkassen Advisory Services” MMC Almaniyanı, mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olan "General Engineering Services and Supply Company LP” Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını, bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi ilə məşğul olan "Trea International Group, İNC”şirkəti Amerika Birləşmiş Ştatlarını təmsil edib. 

Bundan başqa, nəqliyyat sahəsində ixtisaslaşmış "SKYBUS” MMC Estoniyanı, "United Alliance Group LTD” şirkəti Birləşmiş Ərəb Əmirliklərini, "Vega International Car Transport & Logistic-Trading Gesellschaft” şirkəti Avstriyanı, "DB International GMBH” şirkəti Almaniyanı, kartoqrafiya fəaliyyəti göstərən "AİRBUS DsGeoSa” şirkəti Fransanı, neft və təbii qaz sahəsində fəaliyyət göstərən "Qinterra Technologies AS” və "EPİ limited” şirkətləri Norveç Krallığını,tikinti sektorunda çalışan "LAB TEC” MMC İran İslam Respublikasını, turizm xidmətləri göstərən "Kroun Konsaltinq” şirkəti Ukraynanı, rezin məmulatların istehsalı ilə məşğul olan "Coşkun Kauçuk” MMC qardaş Türkiyəni təmsil edir. 

"Xarici investisiyaların ölkəmizə yönəlməsi böyük maliyyə imkanlarına malik iri şirkətlərin sayının artmasına, onların iqtisadiyyata sərmayə qoyuluşlarının güclənməsinə və  özəl sektorun daha da inkişafına yol açır”, - deyə nazirlikdən bildirilib. 


OXŞAR XƏBƏRLƏR

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...