Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız - VİDEO

Azərbaycanda YENİ QAYDA: Uşaqlarınız üçün etibarnamə almalısınız - VİDEO
 Qatarlarda uşaqların aparılması ilə bağlı yeni qaydalar təsdiqlənib.Yaxınlarının övladlarını bölgələrə qatarla aparmaq istəyən şəxslər mütləq şəkildə notariusda təsdiq olunmuş icazə sənədi təqdim etməlidir.Əks halda bu uşaqlara bilet satılmayacaq.

Valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan az yaşlı uşaqları qatarla bölgələrə aparmağa icazə verilmir.

Bu yenilik Azərbaycan dəmir yolları qapalı səhmdar cəmiyyəti tərəfindən tətbiq edilir. Yaşı 10 dan aşağı olan uşaqlar nənə, baba və yaxın yaxud qohumları tərəfindən qatara bilet almaq istəyərkən onlardan valideynlərin icazə sənədi tələb edilir...

Əks halda həmin şəxslərə bilet satılmır. Bu icazə kağızı qatara mindikdə də vaqon nəzarətçisi tərəfindən yoxlanıldıqdan sonra uşaq qatara buraxılır. Yeni qaydaların məqsədi uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu dəyişiklik ictimaiyyət tərəfindən də müsbət qarşılanır.

Qeyd edək ki, bu qaydalar ölkədaxili avtobus səfərlərində tətbiq edilmir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...